Mərkəzi Bank daşınmaz əmlakı rəqəmsal sığortalamaq imkanı verib

14:49 - 3.05.2023


3 may, Fineko/abc.az. Mərkəzi Bank fiziki və hüquqi şəxslərə daşınmaz əmlakı rəqəmsal formada sığortalamaq imkanı verib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Ziya Əliyev uçot dərəcələrinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, daşınmaz əmlak sahəsində sığorta xidmətlərinin göstərilməsinin rəqəmsal formatı daşınmaz əmlak sığortasının artım tempini sürətləndirəcək.

Qeyd edək ki, 2023-cü ilin sonunadək Azərbaycanda kağız daşıyıcıda sığorta polislərindən tamamilə imtina etmək planlaşdırılır.