12:25 - 3.05.2023
3 may, Fineko/abc.az. Mart ayında bankların kredit portfeli 1.4% və ya 281.2 mln. manat artaraq 20,038.6 mln. manat olmuşdur.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, biznes kreditləri – 54.8% (10,971.4 mln. manat), istehlak kreditləri – 29.7% (5,942.4 mln. manat) və ipoteka kreditləri – 15.6% (3,124.8 mln. manat) olmuşdur.
Hesabata əsasən, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9 faiz bəndi azalaraq 2.9% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81.9%-i və ya 31,933.2 mln. manat). Depozit portfelinin 63.3%-i (20,213.7 mln. manat) hüquqi şəxslərin, 36.7%-i (11,719.5 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026