11:53 - 3.05.2023
3 may, Fineko/abc.az. Cari ildə ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3,439 mln. manat təşkil etmişdir.
Həyata keçirilən nağdsız ödənişlərin 2,665 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 769 mln. manatı POS-terminallar, 4.2 mln. manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşdirilmişdir.
Mart ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 51.4%-ni təşkil etmişdir.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026