Mart ayında ödəniş kartlarının sayı 18% artıb

11:33 - 3.05.2023


3 may, Fineko/abc.az.  Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı mart ayının sonunda ötən aya nəzərən 226 min ədəd artaraq 13 milyon 880 min ədəd təşkil etmişdir.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki,  keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.9% artmışdır.

Ödəniş kartlarında artım debet kartları üzrə 16.6%, kredit kartları üzrə 27% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 116 min, kredit kartları 407 min, digər kartlar isə 1.5 mln. ədəd artmışdır