Mərkəzi Bankın valyuta ehtiyatları 2,1 milyard dollar artıb

17:34 - 2.05.2023


2 may, Fineko/abc.az. Son bir ildə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2,1 milyard dollar artıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, aprelin sonuna olan vəziyyətə ölkənin əsas Bankının valyuta ehtiyatları 9 milyard 189 milyon dollara çatıb.

Bu bir il əvvəllə muqayisədfə 2 milyard 101 milyon dollar artıqdır.

Xatırladaq ki, 2022-ci ilin sonunda Mərkəzi Bankın valyuta həcmi 7 milyard 88 milyon dollar idi.

İlin əvvəlindən bəri Mərkəzi Bankın valyuta ehtiyatarında 193 milyon dollar, son bir ayda isə 66 milyon dollar artım baş verib.