AccessBank-ın gəlirləri 45% artıb

10:40 - 28.04.2023


28 aprel, Fineko/abc.az. Cari ilin 1-ci rübündə AccessBank-ın ümumi gəliri ötən ilin analoji dövrü ilə müqayisədə 45% və ya 14.4 milyon manat artaraq 47 milyon manata yüksəlib.

ABC.AZ AccessBank-a istinadla xəbər verir ki,  bankın faiz gəlirləri isə 40%, yəni 12 milyon manat artaraq 43 milyon manata çatıb. 

AccessBank həmçinin yekun xalis mənfəətini ötən ilin analoji dövrü ilə müqayisədə 7 dəfə artırıb. Belə ki, Bank 1-ci rübü 5 milyon 460 min manat yekun xalis mənfəətlə başa vurub.