Valyuta hərracında banklar tələbi artırdı

12:43 - 27.04.2023


27 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, aprelin 27-də keçirilən valyuta hərracında bankların tələbi 31,8 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 5,4 milyon dollar və ya 20,45% çoxdur.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.

AMB aprelin 25-də valyuta hərracında banklara 26,4 milyon dollar satıb.