17:07 - 26.04.2023
26 aprel, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən korporativ banklar arasında 2023-cü ilin 1-ci rübündə ən çox xalis kreditə sahib olan bankların siyahısı məlum olub.
Milyard manatlıq xalis kreditə sahib olan dörd (4) bankın ötən ilin 1-ci rübü ilə müqayisədə sözügedən kreditlərində azalma qeydə alınmayıb.
ABC.AZ bankların hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin ilk rübü ilə müqayisədə ən çox artım “Xalq Bank”da olub. Onun xalis kreditləri 332 milyon 379 min manat artaraq 1 milyard 736 min manatı ötüb.
Ən az artım isə “Paşa Bank”da qeydə alınıb. “Paşanın Bankı” xalis kreditlərini 83 milyon 501 min manat artıraraq 2 milyard 686 milyon 228 min manata bərabərləşib.
Qeyd edək ki, ən çox xalis kreditlər adəti üzrə “Azərbaycan Beynəlxalq Bankı”nda (qısaca – ABB) olub. Dövlət bankının sözügedən kreditləri 3 milyard 281 milyon manatdan çox olub.
1 milyard 736 milyon 162 min manatlıq xalis kreditlə “Xalq Bank” siyahıda sonuncu yeri tutub.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026