Üç ayda 2,2 milyon manat xalis mənfəət əldə edən Bank

16:26 - 25.04.2023


25 aprel, Fineko/abc.az. "Yapı Kredi Bank Azərbaycan" 2023-cü ilin birinci rübünü 2.2 milyon manat mənfəətlə başa vurub.

ABC.AZ Bankın hesabatına istinadən xəbər verir keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar - mart ayları üzrə faiz gəlirləri 43.7% artaraq 8.3 milyon manat, qeyri-faiz gəlirləri 9.8% artaraq 4.3 milyon manat təşkil edib.

Ümumilikdə, xalis faiz gəliri keçən ilin analoji dövrü ilə müqayisədə 43% artaraq 7.7 milyon manat olub.

Cari ilin ilk rübündə “Yapı Kredi Bank Azərbaycan” QSC-də müştərilərə verilən kredit porfelinin həcmi keçən ilin sonu ilə müqayisədə 34.5% artmış və 235 milyon manat olub. Belə ki, istehlak kreditləri 5.2% artaraq 48 milyon manat, həmçinin  biznes kreditləri 162 milyon manata bərabər olub. Daşınmaz əmlak üzrə verilən kreditlər isə 13.9% artaraq 26 milyon manat təşkil edib.