Bank sektorunun xarici öhdəlikləri artıb

14:12 - 20.04.2023


20 aprel, Fineko/abc.az. Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nisbətdə 390,1 milyon manat artaraq, 2,152.1 milyon manat təşkil edib.

Bu barədə ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir.

Qeyd edilir ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.

Cari ilin mart ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 0,4 faiz artaraq, 29,694 milyon manat təşkil edib.