16:55 - 19.04.2023
19 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “Paşa Bank” 2023-cü ilin ilk rübünə olan hesabatını açıqlayıb.
ABC.AZ xəbər verir ki, Bankın fiziki şəxslərdən topladığı depozitləri 237 milyon 268 min manat və ya 12,85 faiz azalaraq 1 milyard 608 milyon manata düşüb.
Hesabat dövründə “Paşa Bank”ın faiz gəliri 29 milyon 300 min manat artaraq 100 milyon 795 min manata, faiz xərcləri isə 755 min manat artaraq 12 milyon 871 min manata çatıb.
Buna görə də bankın xalis faiz gəliri 23 milyon 328 min manat və ya 39,28 faiz artaraq 82 milyon 707 min manata bərabərləşib.
Bankın qeyri-faiz gəliri 3 milyon 390 min manat artaraq 29 milyon 699 min manata, qeyri-faiz xərcləri isə 10 milyon 54 min manat artaraq 52 milyon 217 min manata yüksəlib.
Nəticədə bankın əməliyyat mənfəəti 16 milyon 929 min manat və ya 39,13 faiz artaraq 60 milyon 189 min manata çatıb.
“Paşa Bank”ın xalis mənfəəti 2022 ci ilin 1-ci rübü ilə müqayisədə 3 milyon 905 min amant və ya 10,18 faiz artaraq 42 milyon 231 min manatadək artıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026