11:26 - 19.04.2023
19 aprel, Fineko/abc.az. FED rəsmisi inflyasiyanın 5%-in üzərində saxlanılmasının tərəfdarıdır.
ABC.AZ xəbər verir ki, FED-in Atlanta üzrə sədri Rafael Bostik ABŞ-ın məşhur CNBC-yə müsahibəsində bildirib ki, faiz dərəcələrinin bir daha artırılmasının və daha sonra hələ də yüksək olan inflyasiyanın bir müddət 5%-in üzərində saxlanmasının tərəfdarıdır:
“Hələ görüləsi çox iş var və mən bunu etməyə hazıram. Əgər məlumatlar gözlədiyim kimi çıxsa, biz inflyasiyanı 5% səviyyəsində uzun müddət saxlaya bilərik”.
FED rəsmilərinin mayın 2-3-də görüşəcəkləri zaman uçot dərəcəsini 25 bənd artıraraq hazırkı 4,75%-dən 5%-ə qaldıracaqları gözlənilir.
Onlar həmçinin qiymət təzyiqlərinin azaldığına dair sübutları izləyərkən fasilə siqnalı verə bilərlər.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026