FED-in faizləri artırmağa davam etməsi qızıl qiymətlərini qaldıracaq

10:04 - 12.04.2023


12 aprel, Fineko/abc.az. Beynəlxalq bazarda unsiya qızılın yüksəliş trendindən sonra qram qızıl 120 manatı keçərkən, dörddəbir qızıl 200 manat dəyərindən alqı-satqıya başlayıb.

ABC.AZ xəbər verir ki, qızıl qiymətlərinin qalxması səbəbi ilə alqı-satqı edəcək vətəndaşlara məsləhətlər verən Mersin Zərgərlər Palatası Başçısı İsa Varlık, “Qızıl uzunmüddətli bir limandır. Qızılın qısa müddətdə nə gətirəcəyi bəlli olmadığı üçün vətəndaşlara alqı-satqı etməyi tövsiyə etmirəm" deyib.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) faizləri artırmağa davam etməsi qızıl qiymətlərinin artmasına və qlobal bazarlarda dalğalanmalara səbəb olacaq.