“Bank BTB” törəmə investisiya şirkətini satıb

14:05 - 7.04.2023


7 aprel, Fineko/abc.az. “Bank BTB” ASC 100% ona məxsus “BTB Kapital İnvestisiya Şirkəti” ASC-ni satıb.

ABC.AZ “Report”-a istinadla xəbər verir ki, alqı-satqı ötən gün “Bakı Fond Birjası” QSC-də baş tutub.

Sövdələşmənin dəyəri maliyyə qurumunun nizamnamə kapitalı qədər – 350 min manat təşkil edib. Alıcı investisiya  şirkətinin direktoru Ruslan Cəfərovdur.

Xatırladaq ki, fəaliyyət göstərdiyi 5 il ərzində “BTB Kapital”ın nizamnamə kapitalı əvvəlcə 350 min manatdan əvvəlcə 600 min manata, daha sonra isə 1 milyon manata çatdırılıb, bu ilin əvvəlində isə 350 min manata endirilib.