"Naxçıvanbank" 3 ildir ki əmanətçilərinə faiz ödəmir

17:32 - 5.04.2023


5 aprel, Fineko/abc.az. Azərbaycanın bank sektorunda unikal hadisə qeydə alınıb.

ABC.AZ xəbər verir ki, illik depozit portfeli 150-180 milyon manat ətrafında dəyişən bank əmanətçilərinə bir manat da olsa faiz ödəmir.

Bu hal ölkənin yeganə regional bankı olan “Naxçıvanbank”da qeydə alınıb. Sözügedən bank 2020-2021 və 2022-ci illərdən bəri, artıq 3 ildir ki, depozit sahiblərinə faiz ödəmir.

2022-ci ildə Bankın depozit portfeli 155 milyon 416 min manat  təşkil edib. Bunun 29 milyon 747 min manatı xarici valyutada olub.

Qeyd edək ki, depozit portfelində fiziki şəxslərin depozitləri 10 milyon 370 min manat təşkil edib. Bunun 1 milyon 896 min manatı xarici valyutada yerləşdirilib.

Müəllif: Elmir Murad