12:39 - 4.04.2023
4 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına görə, aprelin 4-də keçirilən valyuta hərracında bankların tələbi 60,3 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, əvvəlki hərracdan 5,1 milyon dollar və ya 7,80% azdır.
Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
Martın 30-da valyuta hərracında AMB banklara 65,4 milyon dollar satıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026