Kreditorların elektron portalı istifadəyə verilib

11:25 - 4.04.2023


4 aprel, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondu ötən il ləğv prosesində olan (LPO) bankların kreditorlarının elektron portalının layihəsinin təqdimatını həyata keçirib.

ABC.AZ xəbər verir ki, təqdimatda bankların ləğv prosesini şəffaf şəkildə həyata keçirmək, ləğv prosesində olan bankların kreditorlarını vaxtında məlumatlandırmaq, kreditorlarla əlaqələri genişləndirmək, habelə onların maraqlarını qorumaq məqsədilə elektron portalın yaradılması zərurəti vurğulanmışdı.

Qeyd edək ki, Kreditorların Elektron Portalı artıq LPO bankların kreditorlarının istifadəsinə hazırdır.

Ləğv prosesində olan bankların kreditorları portala “ASAN Login”dən istifadə etməklə daxil ola bilərlər. Portala daxil olan hər bir istifadəçi öz “Müştəri kabineti”ndə ona aid məlumatların doğruluğunu yoxlaya, habelə əlavə edə (əlaqə vasitələri) bilər.