09:39 - 29.03.2023
29 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) martın 28-də Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına görə, martın 28-də baş tutan valyuta hərracında bankların tələbi 96,3 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, son hərracdan 48,4 milyon dollar və ya 2 dəfə çoxdur.
Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
Martın 16-da valyuta hərracında AMB banklara 47,9 milyon dollar satıb.
AMB-nin məlumatında deyilir ki, valyuta hərracında tələbin yüksək olması ötən həftə tətil səbəbindən 2 hərracın keçirilməməsi ilə bağlıdır.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026