16:31 - 6.03.2023
6 mart, Fineko/abc.az. Ermənistanın təxribatlarına rəğmən Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri davam edir. İşğaldan azad olunan ərazilərimizdə yenidənqurma işlərinə ötən il 4 milyard 315 milyon manat ayrılıb.
ABC.AZ xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov danışıb.
O bildirib ki, bütövlükdə, son 2 ildə bu istiqamətə 6,5 milyard manat yönəldilib.
“2022-2026-cı illərdə isə işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulmasına 19,2 milyard manatın ayrılması nəzərdə tutulub. Qarabağda ərazilərin 15 faizi minalardan təmizlənib. Artıq bu ilin sonunda Böyük Qayıdışın yeni mərhələsi başlayacaq. 2026-cı ilədək isə 40 minə yaxın ailə, bütövlükdə 150 mindən çox vətəndaşımız 30 ildən sonra öz ata-baba yurdlarına qayıdacaqlar”, - deyə o qeyd edib.