“Unibank”ın bankomatları niyə işləmir?

10:04 - 6.03.2023


6 mart, Fineko/abc.az. “Unibank”ın bankomatlarında problem yaranıb. Belə ki, vətəndaşlar bankomatlarla heç bir əməliyyat həyata keçirə bilməmələrindən şikayət ediblər.

ABC.AZ xəbər verir ki, vətəndaşlar kartları bankomata oxutdurub pul çıxarmağa cəhd etsələr də, əməliyyatı apara bilmədikləri məlum olub.

Maraqlısı isə odur ki, nə Bankdan bu barədə məlumat verilməyib, nə də bankomatlarda izahedici informasiya yerləşdirilməyib.

İnsanlar bunu martın 4-də Bakıdakı hipermarketlərdən birində yerləşən bankomata silahlı hücumla əlaqələndirib.

Onlar “Unibank”a aid bankomatlarla əməliyyatın həmin tarixdən dayandığını iddia edib.

Qeyd edək ki, martın 4-də Xətai Rayonu ərazisində yerləşən hipermarketlərdən birinin bankomatına silahlı hücum edilib. İnsident zamanı bir nəfər ölüb, biri isə yaralanıb. Həmin gün silahlı insidenti həyata keçirənlər zərərsizləşdirilib.

Müəllif: Elmir Murad