Ötən il adambaşına düşən sərmayənin həcmi 1800 manat təşkil edib

14:35 - 3.03.2023


3 mart, Fineko/abc.az. Azərbaycanda adambaşına ən çox və ən az sərmayə yatırılan rayon və şəhərlər məlum olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə ölkədə adambaşına düşən sərmayənin həcmi 1800 manat təşkil edib.

Belə ki, ötən il ölkəyə təqribən 18 milyard manat sərmayə yatırılıb, ölkə əhalisi isə 10 milyon nəfərdən artıq olub.

Adambaşına düşən sərmayə həcmi, ölkənin regionlarına yatırılan sərmayələrin rayonun imkanlarına nə qədər mütənasib olub olmadığını, regionlarda iqtisadi və investisiya aktivliyinin, son nəticədə dövlət və özəl yatırımların nə qədər yüksək olduğunu obyektiv qiymətləndirməyə imkan verir.