12:12 - 3.03.2023
3 mart, Fineko/abc.az. Bakı Fond Birjasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yeni istiqrazlarının ticarətə buraxılması münasibətilə “Açılış zəngi” tədbiri keçirilib.
ABC.AZ xəbər verir ki, Bakı Fond Birjasının rəhbəri Eldar Abdullayev “Açılış zəngi” mərasimini açıq elan edərək, ASCO-nun birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını deyib.
Qeyd edək ki, ötən il dekabrın 29-da “Bakı Fond Birjası” QSC-nin Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ümumi dəyəri 100.000,000 (bir yüz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026