14:26 - 2.03.2023
2 mart, Fineko/abc.az. Türkiyənin bank bazarında islam bankçılığının həcmi 9%-ə çatır.
ABC.AZ xəbər verir ki bu barədə Türkiyə Katılım Bankları Birliyinin Beynəlxalq rəsmisi Fatma Çinar Bakıda keçirilən “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda Konfransda bildirib.
Onun sözlərinə görə, Türkiyədə islam bankçılığı 1994-cü ildən başlayıb. Hazırda Türkiyədə islam prinsipləri ilə çalışan 6 katılım bankı var – daha 2 yeni bankın açılması gözlənilir.
Hazırda isə islam bankçılığı Türkiyənin bank sistemində 9% paya malikdir.
Fatma Çinar bildirib ki, hazırda sektor inkişaf edir, amma burada yeni innovativ alətlərə ehtiyac var. «Türkiyədə bu sahədə 11 maralı tərəf, o cümlədən böyük təlim mərkəzi var»-deyə ekspert bildirib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026