Valyuta hərracında bankların tələbi 21% artıb

12:31 - 2.03.2023


2 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, martın 2-də keçirilən valyuta hərracında bankların tələbi 51,7 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 9 milyon dollar və ya 21% çoxdur.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.

Fevralın 28-də keçirilən valyuta hərracında AMB banklara 42,7 milyon dollar satıb.