10:29 - 2.03.2023
2 mart, Fineko/abc.az. Azərbaycanın ən böyük şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə abunə yazılışı fevralın 28-də tamamlanıb.
ABC.AZ xatırladır ki, abunə yazılışı – həmni istiqrazları almaq istəyən şəxslərin qeydiyyatdan keçməsidir. Satış prosesi isə martın 3-də Bakı Fond Birjasında keçiriləcək və istiqrazlar sahiblərinə çatacaq.
Qey dedək ki, ASCO tərəfindən emissiya edilən istiqrazlar – Azərbaycanda indiyədək dövriyyəyə buraxılan dollar istiqrazları arasında faizi ən yüksək olanlardan biridir.
Bu istiqrazlar sahiblərinə illik 6% gəlir gətirəcək. İstiqrazların ümumi buraxılış həcmi 100 milyon dollardır, hər birinin nominal dəyəri 1 000 dollar olan 100 min istiqraz satışa çıxarılmışdı.
Qeyd edək ki, Xəzər Gəmiçiliyi – ASCO dövlət şirkətləri arasında böyük mənfəətlə işləyən və gəlirləri dollarla olan şirkətlərdəndir. Ona görə də istiqrazlara maraq böyük olub.