15:34 - 1.03.2023
1 mart, Fineko/abc.az. Azərbaycanda biznesə dəstək tədbirləri çərçivəsində sahibkar Məhəmməd Əliyev Ağdaşda icra olunacaq dam örtüklərinin istehsalı layihəsi üçün İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan 2 milyon 495 min manat güzəştli kredit əldə edib.
ABC.AZ xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter" hesabında bildirib.
Xatırladaq ki, Fondun 2022-ci ildə verdiyi kreditlərin 69,7 %-i regionların payına düşür.