11:35 - 28.02.2023
28 fevral, Fineko/abc.az. 27 fevral 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Falcon Finance” MMC -nin ümumi dəyəri 700 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
ABC.AZ Birjanın yaydığı məlumata istinadən xəbər verir ki, bu istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq.
Yerləşdirmə üzrə anderrayter “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026