15:20 - 27.02.2023
27 fevral, Fineko/abc.az. 2022-ci ildə Azərbaycanın erməni işğalından azad edilmiş rayonlarına 4 milyard manata yaxın vəsait yatırılıb.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabat tipli məlumatında qeyd edilib.
Bildirilib ki, 2022-ci ildə Zəngilana yatırılan pullar 2021-ci illə müqayisədə 3,4 dəfə və ya 516 milyon manat artıb.
Yatırımların həcminə görə ikinci yeri Şuşa şəhəri tutub – 682 milyon manat. 2021-ci illə müqayisədə 2022-ci ildə Şuşaya yatırılan vəsaitlər 381 milyon manat və ya 2,3 dəfə artıb.
Ötən il Cəbrayıla 613 milyon manat kapital qoyuluşu baş verib. Bu əvvəlki illə müqayisədə 386 milyon manat və ya 2,7 dəfə artıqdır.
Füzuliyə isə 2022-ci ildə yatırılan vəsaitlər 2021-ci illə müqayisə azalsa da, yenə də böyük məbləğ təşkil edir – 550 milyon manat. Əvvəlki illə müqayisədə azalma 124 milyon manat və ya 18% olub.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026