14:03 - 27.02.2023
27 fevral, Fineko/abc.az. Martın əvvəlində üç mənfi amilin təzyiqi altında Rusiya valyutası daha da ucuzlaşacaq və bir dollar 80 rubl səviyyəsinə çatcaq.
ABC.AZ xəbər verir ki, bunu "BitRiver"in maliyyə analitiki Vladislav Antonov bildirib.
"Fevralın 20-dən 24-dək olan həftə Rusiya valyutası üçün uğursuz oldu. Onun zəifləməsinin növbəti mərhələsi 2022-ci ilin noyabr ayının sonunda başlayıb. Bu günə qədər Rubl Moskva birjasında ticarət edilən bütün əsas valyutalara qarşı təzyiq altında qalır”, - deyə o bildirib.
Milli valyuta üçün mənfi amillər büdcə kəsiri, ixrac gəlirlərinin düşməsi ilə xarici valyuta təklifinin azalması və geosiyasi risklərin artmasıdır. Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyaları aktiv şəkildə elan edirlər.
“Yuxarıda göstərilən amillər fevralın 27-dən martın 3-dək olan həftədə rubla təzyiq göstərməyə davam edəcək”, - Antonov proqnozlaşdırır.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026