17:04 - 24.02.2023
24 fevral, Fineko/abc.az. Azərbaycanın ayrı-ayrı rayon/şəhərlərində 2022-ci ildə əsas kapitala yönəldilən vəsaitlərin həcmi məlum olub.
ABC.AZ xəbər verir ki, ümumilikdə ötən il ölkə iqtisadiyyatına 18 milyard 272,3 milyon manat həcmində sərmayə yatırılıb.
Bunun böyük hissəsi – 10 milyard 203 milyon manatı və ya 55,8%-i Bakı şəhərinin, 8 milyard 69,3 milyon manat və ya 44,2%-isə regionların payına düşür.
Yeri gəlmişkən, 2021-ci illə müqayisədə ölkə üzrə ümumi investisiya yatırımlarının payında Bakının payı azalıb (60% idi), regionların payı isə artıb (40% idi).
4 Avqust 2026
4 Avqust 2026