17:28 - 20.02.2023
20 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında ölkədə 1409,1 ton polietilen kisə və çanta istehsal olunub.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Komitədən bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 131 faiz çoxdur.
Belə ki, fevralın 1-i vəziyyətinə görə, hazır məhsul ehtiyatı 212,1 tondur.