Çalışırıq ki, əhali pul nişanları ilə davranış mədəniyyətini üstün tutsun – Mərkəzi Bank rəsmisi

12:23 - 20.02.2023


20 fevral, Fineko/abc.az. Çalışırıq ki, əhali pul nişanları ilə davranış mədəniyyətini daim üstün tutsun.

ABC.AZ-ın məlumatına görə, Mərkəzi Bankın Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı çıxış edib.

O, qeyd edib ki, pul nişanlarını nə qədər düzgün saxlayıb, istifadə etsək, bir o qədər az maliyyə itkisi yaşayarıq və pul nişanlarının qorunması baxımından daha çox uğur qazanmış olarıq.

Şöbə rəisi vurğulayıb ki, bununla bağlı Mərkəzi Bank artıq monitorinqlərə start verib.

Qeyd edək ki, interaktiv şəraitda keçirilən tədbirdə nağd pul dövriyyəsi sahəsində nüfuzlu beynəlxalq şirkət nümayəndələri iştirak edirlər.