Bu kriptovalyutalar 10 faiz ucuzlaşıb - SİYAHI

11:14 - 14.02.2023


14 fevral, Fineko/abc.az. Son bir həftə ərzində aparıcı kriptovalyutalar 5-dən 10%-ə qədər ucuzlaşıb.

ABC.AZ xəbər verir ki, buna səbəb bazarda müsbət xəbərlərin olmaması və tənzimlənmənin sərtləşdirilməsidir.

Coinmarketcap.com saytının məlumatına görə, ötən həftə Bitkoinin qiyməti 21,14 min dollara düşüb. Bu, yanvarın 29-dan bəri ən aşağı səviyyədir. Bir qədər yuxarı korreksiya ilə belə, bir həftə əvvəldən 5,5% aşağı olaraq qalır.

Digər valyutaların kotirovkaları - Binance Coin, Ripple, Cardano, Dogecoin, Solana - 5-10% ucuzlaşıb.

Ümumiyyətlə, onlar yanvarın üçüncü ongünlüyünün minimumlarına yaxın ticarət edirlər.

Bazar ekspertləri bildiriri ki, kriptovalyuta bazarı demək olar ki, beş həftə ardıcıl böyüyüb. Ona görə də artım potensialının sonsuz olmasını gözləmək olmazdı. Bundan əlavə, investorlar mənfəət götürməyə başladılar, bu da bitkoinin ucuzlaşmasına səbəb oldu.