Məşhur Bank Baş menecerinə böyük məbləğdə bonus verdi

10:42 - 13.02.2023


13 fevral, Fineko/abc.az. “Morgan Stanley” Bankı maraqlı addım atıb. Sözügedən maliyyə qurumu öz baş menecerinin illik kompensasiya paketini 31,5 milyon dollar müəyyən edib.

ABC.AZ xəbər verir ki, bank bu mükafatı 2022-ciilin nəticələrinə və əldə edilən mənfəətə görə təyin edib.

Bununla yanaşı, 2022-ci il üçün mükafat 1 il əvvəlkindən 10% azdır.

ABŞ-ın maliyyə qrupu olan “Morgan Stanley”nin direktorlar şurası Bankın 2022-ci il nəticələrinə əsasən baş deriktor Ceyms Qormanın kompensasiya paketini 10% azaldıraq 31,5 milyon dollar həddində müəyyən edib.

Nəticədə 64 yaşlı Qorman ilin nəticələrinə görə, 31,5 milyon dollar gəlir lədə edəcək. Bunun 1,5 milyon dolları illik maaş, 7,5 milyon dollar bonuslar, 22,5 milyon dollar isə bankın aksiyaları ilə ödənilən mükafatdır.