Bankların kredit faizləri çox yüksəkdir - Milli Məclisdə müzakirə

10:38 - 19.01.2023


19 yanvar, Fineko/abc.az. "Bu gün Azərbaycanda fəaliyyət göstərən bankların verdiyi kreditlərin faizləri (18 %-dən 26 %-ə qədər) çox yüksəkdir".

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev komitənin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, buna görə də vətəndaşlar bu məsələdə çox əziyyət çəkirlər: "Problemli kreditlər portfelinin şişməsinin səbəblərindən biri də məhz budur. Kredit məsələsində sahibkarların, yəni bankların hüquqları da nəzərə alınmalıdır. Lakin bu elə olmalıdır ki, həm vətəndaş qazansın, həm də banklar gəlir əldə etsin".