15:19 - 18.01.2023
18 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyev Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu bildirib.
ABC.AZ xəbər verir ki, bunu dövlət başçısı yanvarın 18-də Davosda Litva Prezidenti Gitanas Nauseda ilə görüşündə bəyan edib.
Prezident İlham Əliyev həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 38 gündür davam edir.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026