“Alibaba Group” Türkiyəyə 1 milyard dollardan çox sərmayə qoyacaq

11:15 - 9.01.2023


9 yanvar, Fineko/abc.az. “Alibaba Group” İstanbulda və Ankara ətrafında logistika və məlumat mərkəzinin tikintisinə 1 milyard dollardan çox investisiya qoymaq niyyətindədir.

ABC.AZ xəbər verir ki, bu barədə Çin şirkətinin prezidenti Con Maykl Evans müsahibəsində bildirib.

Evans bildirib ki, şirkət İstanbul Hava Limanında logistika bazası, eləcə də 200 min kvadratmetr sahəsi olan Türkiyənin ən böyük data mərkəzini tikmək istəyir. Alibaba prezidentinin sözlərinə görə, İstanbuldakı baza Avropa və Yaxın Şərqə malların tədarük zəncirində əsas nöqtəyə çevrilə bilər.

Qeyd edək ki, “Alibaba”nın 2022-ci il maliyyə nəticələri 2014-cü ildə IPO-dan bəri demək olar ki, ən zəif səviyyədədir. Çin texnologiya şirkətinin gəliri ilin sonunda illik ifadədə cəmi 3% artaraq 207.2 milyard yuana (29.12 milyard dollar) çatıb.