17:43 - 12.06.2018
12 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu gün Bakı Fond Birjası (BFB) vasitəsi ilə dövlət ortamüddətli istiqrazları (DOİ) yerləşdirib.
BFB xəbər verir ki, bu gün AZ0105010695 ISIN-li, 30 milyon manat həcmində, tədavül müddəti 728 gün təşkil edən DOİ buraxılışı yerləşdirilmişdir.
13 investordan 104 482,0 min manat məbləğində 29 sifariş daxil olmuşdur. Sifarişlər, bir istiqraza 96,4540 AZN-dən (illik gəlirlik iddiası 10,00%) 100,1817 AZN-ə qədər (7,90%) qiymət intervalında təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99,0978 AZN (gəlirlik 8,50%), orta ölçülmüş qiyməti isə 99,2710 AZN (8,4035%) səviyyəsində müəyyən edilmişdir.
Nəticədə, 30 milyon manat həcmində DOİ yerləşdirilmişdir.
DOİ-nin ödəmə tarixi: 9 iyun 2020-ci il.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026