Valyuta hərracında 52,7 milyon dollar satılıb

12:45 - 5.01.2023


5 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, 5 yanvar 2023-cü il tarixində keçirilən valyuta hərracında 52,7 milyon dollar satılıb ki, bu da ötən hərracdan 10,7 milyon dollar (16,88%) azdır. AMB 29 dekabr 2022-ci il hərracında banklara 63,4 milyon dollar dəyərində valyuta satıb.

"Valyuta hərracında bankların tələbi 52,7 milyon dollar təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.