11:59 - 5.01.2023
5 yanvar, Fineko/abc.az. Azərbaycan hökuməti 2023-cü ildə qızıl istehsalını 3 min 104 kq səviyyəsində proqnozlaşdırır.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, hökumətin proqnozlarına görə, 2024-cü ildə ölkədə qızıl istehsalı 3 min 123,5 kq-a qədər, 2025-ci ildə - 3 min 141,5 kq-a qədər, 2026-cı ildə - 3 min 154,5 kq-a qədər artacaq.
Beləliklə, 2023-2026-cı illərdə Azərbaycanda qızıl hasilatı 1,6% artacaq.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 min 1,5 kq qızıl hasil edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 6,1% azdır.
Hazırda Azərbaycanda qiymətli metal hasilatı ilə “AzerGold” QSC və Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti məşğul olur.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026