Azərbaycanın strateji valyuta ehtiyatları 60 milyard dollara yaxınlaşıb

11:44 - 30.12.2022


30 dekabr, Fineko/abc.az. 2022-ci ilin 11 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 23.5 milyard ABŞ dolları məbləğində və ya ötən ilin müvafiq dövrünə nəzərən 2.5 dəfə çox müsbət saldo yaranmışdır.

ABC.AZ xəbər verir ki, bu, Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Qeyd edilib ki, profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 11 ayda 12.3% və ya 6.5 milyard ABŞ dolları artaraq 59.8 milyard ABŞ dollarına (cari məzənnə ilə 101,7 milyard manat) çatıb.