14:15 - 26.12.2022
26 dekabr, Fineko/abc.az. Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb.
Bu barədə ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir.
Qeyd edilir ki, 2022-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2524 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1908 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 613 milyon manatı POS-terminallar, 2,4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.
Noyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 47,4 faizini təşkil edib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026