Azərbaycanda xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi açıqlanıb

17:21 - 23.12.2022


23 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 18,1% - 20 milyard 218,69 milyon manatadək artıb.

ABC.AZ xəbər verir ki, noyabrın 30-na dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 3 milyard 898,4 milyon manat (artım 17%) və ya bütün kreditlərin 19,3%-i, özəl banklar tərəfindən 15 milyard 775,76 milyon manat (artım 18,4%) və ya bütün kreditlərin 78%-i həcmində kredit verilib.

Qalan 544,5 milyon manat (artım 18,2%) bank olmayan kredit təşkilatlarının payına düşür.

Noyabrın sonuna verilmiş kreditlərin ümumi həcmindən 15 milyard 993,27 milyon manat (artım 26%) milli valyuta, 4 milyard 225,4 milyon manat (azalma 4,5%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 20,9% (2021-ci ilin sonuna 25,8%) təşkil edir.