Azərbaycanda BOKT-ların kredit portfeli bu qədər olub

17:10 - 23.12.2022


23 dekabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 18,1% - 20 milyard 218,69 milyon manatadək artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankından məlumat verilib.

Noyabrda bankların kredit portfeli 1% və ya 203,4 milyon manat artıb.

Noyabrın sonuna vaxtı keçmiş kreditlərin həcmi 641,27 milyon manat (hesabat dövründə azalma 10,9% - İF) və ya bütün kreditlərin 3,2%-ni (2021-ci ilin sonuna 4,2%) təşkil edir.