14:38 - 23.12.2022
23 dekabr, Fineko/abc.az. İqtisadiyyatın artımında sərmayə qoyuluşu əhəmiyyətli rol oynayıb.
ABC.AZ xəbər verir ki, bu barədə məlumatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
“2003-2021-ci illərdə əsas kapitala yönəldilən vəsaitlərin həcmi 2,7 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitlər 4,1 dəfə artıb. 2004-2021-ci illərdə Azərbaycana ümumilikdə 288,9 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Bu ilin göstəricilərini də nəzərə alanda Azərbaycanca son 19 ildə 300 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub. Xarici investisiyalar 2,2 dəfə artıb. 2004 - 2021-ci illərdə Azərbaycana 142,0 milyard ABŞ dolları həcmində xarici investisiya qoyulub. Qeyri-neft-qaz sahələrinə yönəldilən investisiyalar 7,2 dəfə artıb. 2004-2021-ci illərdə Azərbaycanın qeyri-neft-qaz sektoruna 179,5 milyard ABŞ dolları həcmində investisiya qoyulub. 2004-2021-ci illərdə Azərbaycanın digər ölkələrin iqtisadiyyatlarına qoyduğu investisiyaların ümumi həcmi 28,3 milyard ABŞ dolları təşkil edib. Eyni zamanda, iqtisadiyyatın kreditləşdirilməsi 25,5 dəfə yüksəlib”, - deyə V.Qasımlı bildirib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026