Rusiyada dollar daha da bahalaşıb

11:37 - 22.12.2022


22 dekabr, Fineko/abc.az. Moskva birjasında dolların məzənnəsi 29 aprel 2022-ci il tarixindən bəri ilk dəfə olaraq 72 rubldan yuxarı qalxıb.

ABC.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 9:37-ə olan məlumata görə, dolların məzənnəsi 1,56% artaraq 72,1 rubla yüksəlib.

Eyni zamanda, avronun məzənnəsi 1,65% artaraq 76,85 rubla çatıb.