17:18 - 21.12.2022
21 dekabr, Fineko/abc.az. Azərbaycanda Mərkəzi Bankı (AMB) islam bankçılığının tətbiqi ilə bağlı araşdırmalar aparır.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov ötən gün iqtisadçı-ekspertlərlə görüşü zamanı deyib.
O bildirib ki, İslam bankçılığının tətbiqi üzrə iş gedir:"Mərkəzi Bankı hazırda islam bankçılığına ölkədə tələbatın səviyyəsi maraqlandırır. Bu sahədə araşdırmalar davam edir. Təkcə müsəlmanlar arasında deyil, həmçinin, qeyri-müsəlmanlar arasında da islam bankçılığının tətbiqi ilə bağlı təcrübə öyrənilir".
T. Kazımov müştərək sığortanın tətbiqinin hələlik gündəmdə olmadığını deyib. O qeyd edib ki, hazırda ənənəvi sığorta sahəsində görülməli işlər çoxdur. Mərkəzi Bank daha çox bu sığortanın inkişaf etdirilməsilə məşğuldur.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026