14:45 - 20.12.2022
20 dekabr, Fineko/abc.az. Moskva birjası 2023-c ildə Azərbaycan manatı ilə ticarətə başlamaq imkanını nəzərdən keçirir.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə Moskva birjasının Biznesin inkişafı departamentinin icraçı direktoru Kirill Pestov məlumat verib.
"Biz 10-a yaxın valyuta cütlüyünü nəzərdən keçiririk, o cümlədən BƏƏ dirhəmi, Azərbaycan manatı, Misir funtu, bunlar ölkəmizin böyük xarici ticarət tərəfdaşlarıdır. Digər valyutaların işə salınması və inkişaf potensialını öyrənəcəyik, tənzimləyicilər və bazar iştirakçıları tərəfindən maraq var", - o jurnalistlərə bildirib.
Birja 2022-ci ildə beş yeni valyuta ilə ticarətə başlayıb: Ermənistan dramı, Cənubi Afrika randı, Özbəkistan somu, Qırğızıstan somu və Tacikistan somonisi.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026