14:41 - 16.12.2022
16 dekabr, Fineko/abc.az. "Banklararası pul bazarında fəallıq yüksəlməkdədir”.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkızi Bankın yaydığı məlumatda qeyd edilib.
Məlumata görə, “Blumberq” ticarət platformasında banklar arasında sentyabrda 69 ədəd əqd, oktyabrda 146 əqd bağlandığı halda noyabrda bu rəqəm 168-ə yüksəlmişdir.
Noyabrda bağlanmış əqdlərin 93.6%-i qısamüddətli (1-3 günlük) olub.
Qeyd edilib ki, 2022-ci ilin noyabr ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları əvvəlki aya nəzərən 1%, ilin əvvəlinə nəzərən 18.1%, ötən ilin eyni ayına nəzərən isə 21.1% artmışdır. 11 ayda bank sistemi üzrə biznes kreditləri 12.7%, istehlak kreditləri 27.7%, ipoteka kreditləri isə 21.9% artıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026