Azərbaycan xalis maliyyə öhdəliklərini bu qədər azaldıb

10:41 - 15.12.2022


15 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xalis maliyyə öhdəliklərini 3 848,7 milyon ABŞ dolları məbləğində azaldıb.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, azalmanı Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların 4 577,9 milyon dollar artması (ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 % çox), cəlb olunmuş investisiyaların repatriasiyasının 8 237,5 milyon dollar azalması (92,4 % çox), neft bonusunun 452,2 milyon dollar artması (0,4 % az), portfel investisiyalarının 235,8 milyon dollar azalması (32,7 % çox), digər investisiyaların isə 405,5 milyon dollar azalması (7,6 % çox) təmin edib.